Zaqatalada bir tona yaxın narkotik məhv edilib

Zaqatalada bir tona yaxın narkotik məhv edilib
  11 İyun 2019    Oxunub:1626
Zaqatala rayonunun Danaçı kəndinin ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Zaqatala RPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Danaçı kəndinin ərazisində yabanı halda bitən, çəkisi 780 kiloqram olan 1200 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Azvision.az


Teqlər: Çətənə  





Xəbər lenti