İyunun 10-da saat 16 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində rayon sakinləri B.Boyaxçarinin idarə etdiyi “Nissan” və İ.Zeynalovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə “VAZ-21074”-ün sərnişini Şahmurad Muradlı hadisə yerində ölüb. Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.