Qusarda silsilə oğurluq edən şəxs tutuldu - Fotolar
Oğurluq nəticəsində əldə etdiyi əşyaların bir qismini tanışı, əvvəllər məhkum olunmuş Ramin Əhmədovun köməyi ilə satan saxlanılan şəxs, satışdan əldə etdiyi puldan 20 manatı ona verdiyini bildirib.
Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub. Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.
Azvision.az