11 minə yaxın uşaq xüsusi təhsilə cəlb olunub

11 minə yaxın uşaq xüsusi təhsilə cəlb olunub
  10 İyun 2019    Oxunub:1961
2018-2019-cu tədris ilində ölkə üzrə 10556 nəfər sağlamlıq imkanları məhdud şəxs xüsusi təhsilə cəlb olunub. Onlardan 6655 nəfəri evdə təhsil alır.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 629 nəfər Bakı Şəhər Təhsil İdarəsinin xüsusi məktəblərində təhsilə cəlb olunublar.

“3272 nəfəri xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimli təhsil müəssisələrində və ümumi təhsil məktəblərinin nəzdindəki xüsusi siniflərdə təhsil alır. Hazırda yerli təhsili idarəetmə orqanlarının tabeliyində fəaliyyət göstərən ümumi təyinatlı təhsil müəssisələrində 86 xüsusi təhsil sinifləri fəaliyyət göstərir. Bu siniflərdə 477 nəfər sağlamlıq imkanları məhdud şagird təhsil alır.

Xüsusi təhsil müəssisələri və inteqrasiya təlimli gimnaziyalarda 2795 nəfər sağlamlıq imkanları məhdud şagird xüsusi təhsilə cəlb olunub. 2795 nəfərdən 1879 nəfər 7 xüsusi internat məktəbində təhsil alırlar. Qalan 916 nəfər inteqrasiya təlimli gimnaziyalarda təhsil alır”.

Aytən Zəhra
Azvision.az



Teqlər: TN  





Xəbər lenti