Bakı Kənar Dairəvi yolunda “Mercedes” yanıb

Bakı Kənar Dairəvi yolunda “Mercedes” yanıb
  08 İyun 2019    Oxunub:2580
İyunun 8-də saat 12:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Kənar Dairəvi yolunda avtomobildə yanğının baş verməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 12:19 dəqiqədə hadisə yerinə çatdığında avtomobil açıq alovla tamamilə yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən saat 12:21-də söndürülüb.

“Mercedes” markalı minik avtomobili yanğın nəticəsində yararsız vəziyyətə düşüb.

Azvision.az



Teqlər: FHN   Maşın   Yanğın  





Xəbər lenti