147 min hektardan çox sahədə taxıl biçilib

147 min hektardan çox sahədə taxıl biçilib
  08 İyun 2019    Oxunub:1919
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyunun 8-nə olan operativ məlumata görə, ölkə ərazisində 147489 hektar ərazidə taxıl biçini aparılıb, 144499,5 hektar ərazidə arpa, 2990,2 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 436570,5 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,6 sentner təşkil edir.

Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29926 hektar sahənin 27960 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftşala, Şəki, Biləsuvar və Sabirabad rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.

Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir. Ölkə üzrə taxıl biçininə 1340 kombayn cəlb olunub. Bunlardan 506-sı “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin kombaynları ilə 61695 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 85794 hektar sahə biçilib.

Azvision.az







Teqlər: KTN   Taxıl  





Xəbər lenti