Bərdədə iki yük maşını toqquşub, biri yanıb

Bərdədə iki yük maşını toqquşub, biri yanıb
  08 İyun 2019    Oxunub:2042
Bərdə rayonunun Alpout kəndində "QAZel" markalı iki yük avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, qəza nəticəsində avtomobillərdən birinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Qəza   Yanğın  





Xəbər lenti