Azərbaycan Minskdə açılan sərgidə təmsil olunur - FOTOLAR
Sərgidə Almaniya, Belarus, Böyük Britaniya, İspaniya, Litva, Polşa, Rusiya və digər ölkələrin fotoqraf və rəssamları ilə yanaşı Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycandan rəssam və heykəltəraşların da əsərləri yer alıb.
Minsk sakinləri və qonaqlarına idman mövzusunu mədəni, tarixi və sosial kontekstdə əks etdirən əsərlərdən - arxiv fotoları və müasir fotoqrafiya layihələrindən, plakatlar, videomateriallar və heykəştəraşlıq nümunələrindən ibarət ekspozisiya təqdim olunur.
"İdman - yüksək incəsənət" sərgisi avqustun 4-dək davam edəcək. Qeyd edək ki, II Avropa Oyunları iyunun 21-30-da keçiriləcək. Yarışın mədəniyyət proqramına isə mayın 1-dən start verilib.
Azvision.az
Teqlər: Minsk Heydər-Əliyev-Fondu Avropa-Oyunları