Hacıqabulda ağır yol qəzası: 2 ölü

Hacıqabulda ağır yol qəzası:    2 ölü
  05 İyun 2019    Oxunub:1808
Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində N.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən M.Şahmarovun idarə etdiyi “KamAZ-5511” markalı avtomobilə vurub.

Nəticədə N.İsayevin sərnişinlərindən Qismət Qasımov və Fikrət Usubov hadisə yerində ölüblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti