Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək

Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək
  04 İyun 2019    Oxunub:1832
İyunun 13-də Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək.
Azvision.az xəbər verir ki, tədbirə Azərbaycanda biznes mühiti mövzusu üzrə plenar sessiya, o cümlədən hökumət rəsmiləri və şirkət nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sektorları üzrə paralel panel müzakirələri daxildir.

Biznes forum Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

Azvision.az



Teqlər: Avropa-İttifaqı   Biznes   Forum  





Xəbər lenti