Şahin Mustafayev: “2 milyondan çox yeni iş yeri açılıb”

  Şahin Mustafayev: “2 milyondan çox yeni iş yeri açılıb”
  04 İyun 2019    Oxunub:1857
"Hazırda Azərbaycan dünyanın 190-a yaxın ölkəsi ilə ticarət əməliyyatları aparır".

Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatına 260 milyard dollar investisiya yatırılıb və bunun təxminən yarısı xarici investisiyadır:

"Ümumi investisiyanın 60 faizindən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib. 2 milyondan çox yeni iş yeri açılıb. 2018-ci ildə özəl bölmənin ÜDM-də payı 85 faizə, məşğulluqdakı payı isə 76 faizə çatıb".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Şahin-Mustafayev   Nazir  





Xəbər lenti