Bir gündə iki piyada qəzada ölüb

Bir gündə iki piyada qəzada ölüb
  03 İyun 2019    Oxunub:1571
İyunun 2-də saat 10 radələrində Sumqayıt şəhəri 26-cı məhəllənin ərazisində şəhər sakini S.Cəbrayılov idarə etdiyi “Akia” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Ramil Mirseyibovu vurub.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bundan başqa iyunun 2-də saat 13 radələrində Abşeron rayonunun Masazır kəndi ərazisində kənd sakini R.Mustafayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Elnarə Məmmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Hər iki faktla bağlı araşdırma parılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti