Azərbaycanın Qətərdəki səfiri "Gulf-Times” qəzetinin baş redaktoru ilə görüşüb

Azərbaycanın Qətərdəki səfiri "Gulf-Times” qəzetinin baş redaktoru ilə görüşüb
  03 İyun 2019    Oxunub:1702
Ölkəmizlə bağlı qəzetdə mütəmadi olaraq məlumatların, məqalə və müsahibələrin nəşri imkanları nəzərdən keçirilib.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətərin ingilis dilli “Gulf-Times” qəzetinin baş redaktoru Faisal Al Mudahka ilə görüşüb.

“Gulf-Times” qəzeti Qətərdə gündəlik ingilis dilində nəşr olunan 3 qəzetdən biridir. 1978-ci ildən fəaliyyətə başlayan qəzet ölkənin ilk və ən çox oxunulan ingilis dilli qəzeti hesab olunur.

Görüş zamanı qeyd edilən mətbuat orqanı ilə Azərbaycanın Qətər Dövlətindəki Səfirliyi, həmçinin Azərbaycan mətbuat orqanları arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair müzakirə aparılıb. Ölkəmizlə bağlı qəzetdə mütəmadi olaraq məlumatların, məqalə və müsahibələrin nəşri imkanları nəzərdən keçirilib.

Qarşı tərəfə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən quruculuq işləri və inkişaf prosesi barədə, həmçinin Dağlıq-Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilib.

Görüş zamanı, həmçinin Azərbaycan - Qətər dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunmuş və qarşılıqlı əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti