Saakaşvili marixuana çəkdiyini etiraf etdi

Saakaşvili marixuana çəkdiyini etiraf etdi
  03 İyun 2019    Oxunub:3096
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tələbəlik illərində marixuana çəkdiyini etiraf edib.
Azvision.az xəbər verir ki, o, bu barədə televiziyaya müsahibəsində bildirib.

“Mən tələbə olanda marixuana istifadə etmişəm. Ancaq onun dadı və iyisi mənim xoşuma gəlməyib. Mən marixuana həvəskarı deyiləm”.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Saakaşvilinin vətəndaşlığını bərpa edib. Bundan sonra sabiq prezident Ukraynaya qayıdıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Saakaşvili  





Xəbər lenti