Maşınla vurulan piyada xəstəxanada ölüb

Maşınla vurulan piyada xəstəxanada ölüb
  03 İyun 2019    Oxunub:1904
May ayının 31-də saat 21 radələrində Xaçmaz rayonunun Müqtədir qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Şəfəq Xələfovanı vurub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti