Sumqayıtda avtobus piyadanı vurub öldürdü

 Sumqayıtda avtobus piyadanı vurub öldürdü
  03 İyun 2019    Oxunub:2641
Sumqayıtda sərnişin avtobusu qəza törədib. Hadisə şəhərin Səməd Vurğun küçəsində, 4 nömrəli şəhər xəstəxanasının qarşısında baş verib.
Məlumata görə, yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Müseyibov Ramil Abdulla oğlunu Samir Cəbrayılovun idarə etdiyi “50 AE 675” dövlət nömrə nişanlı 30 nömrəli marşrut avtobusu vurub. Nəticədə ağır bədən xəsarətləri alan piyada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Sumqayıt   Avtobus   Piyada  





Xəbər lenti