“Pəncə hərəkatı” davam edir - 27 terrorçu zərərsizləşdirilib

“Pəncə hərəkatı” davam edir -  27 terrorçu zərərsizləşdirilib
  02 İyun 2019    Oxunub:2215
İraqın şimalında həyata keçirilən “Pəncə hərəkatı”nda daha 5 terrorçu zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Beləliklə, hərəkatın başladığı 27 may 2019-cu il tarixindən bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 27-ə çatıb.

Nazirliyin bəyanatında vurğulanır ki, “Pəncə hərəkatı” planlaşdırıldığı kimi uğurla davam edir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Terrorçu   Pəncə-Hərəkatı  





Xəbər lenti