Azərbaycanda 7 minə yaxın şəxs evdə təhsil alır

  Azərbaycanda 7 minə yaxın şəxs evdə təhsil alır
  01 İyun 2019    Oxunub:2866
Azərbaycanda evdə təhsil alan sağlamlıq imkanları məhdud şəxslərin sayı 6655 nəfərdir.

Bunu Azvision.az -a Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xələfov deyib.
Onun sözlərinə görə, 7 nəfər stasionar şəraitdə, 54 nəfər inklüziv siniflərdə, 1393 nəfər inteqrasiya təlimli təhsil müəssisələrində, 2508 nəfər xüsusi məktəb və internat tipli müəssisələrdə təhsil alır.

Şöbə müdiri əlavə edib ki, Bakı şəhəri üzrə inklüziv təhsilə 4 pilot məktəb cəlb olunub: "Bu məktəblər üzrə layihədə 500 nəfər tipik uşaq, 27 ibtidai sinif müəllimi, 8 xüsusi təhsil üzrə mütəxəssis, 4 məktəb psixoloqu, 4 ibtidai təhsil üzrə direktor müavini və 4 məktəb direktoru iştirak edir".

A.Xələfov qeyd edib ki, Azərbaycan Pedoqoji Universitetində korreksiyaedici təlim ixtisası üzrə təhsil alan şəxslərin 80 faizi öz ixtisası üzrə təhsil almır.

"Xüsusi təhsil üzrə müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə bu ixtisasa qəbul zamanı müsahibənin olmasını təklif edirik".

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Təhsil  





Xəbər lenti