Nazirlik kütləvi yay düşərgələri təşkil edəcək

Nazirlik kütləvi yay düşərgələri təşkil edəcək
  31 May 2019    Oxunub:2020
Gələcəkdə Təhsil Nazirliyi tərəfindən kütləvi yay düşərgələri təşkil olunacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov media nümayəndələri üçün keçirilən təlimdə deyib.

Nazirlik rəsmisi bildirib ki, maddi-texniki baza yaxşılaşdırıldıqdan sonra prosesə başlanılacaq.

"Hazırda Təhsil Nazirliyi tərəfındən məktəblilər üçün qısa müddətli yay düşərgələri təşkil olunur. Bura əsasən yerli icra hakimiyyətləri tərəfindən təhsil sahəsində, idmanda seçilən, fənn olinpiyadalarında qalib gələn şagirdlər yönləndirilir. Son 3 ildə bu düşərgələrə minlərlə şagird cəlb edilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Yay-Düşərgəsi  





Xəbər lenti