Universitetlər üçün ayrılan yerlərin sayı bilindi - SİYAHI

 Universitetlər üçün ayrılan yerlərin sayı bilindi -  SİYAHI
  31 May 2019    Oxunub:2959
Azərbaycanın aparıcı ali təhsil müəssisələri üçün 2019-2020-ci tədris ilində nəzərdə tutulan qəbul planının proqnoz yerləri məlum olub.
Azvision.az -ın məlumatına görə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev media nümayəndələri üçün keçirilən təlimdə bildirib ki, ən çox yer Bakı Dövlət Universitetinə ayrılıb.

Universitetlər üçün proqnoz yerləri aşağıdakı kimidir:

- Bakı Dövlət Universitetinə 6320 (ötən il 5895)
- Azərbaycan Dövlət İqtisad Universitetinə 3728 (ötən il 3958 )
- Azərbaycan Dövlət Pedaqoji Universitetinə 3335 (ötən il 3005)
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 3060 ( ötən il 2815)
- Azərbaycan Texniki Universitetinə 2070 ( ötən il 2110)
- Azərbaycan Dillər Universitetinə 1605 ( ötən il 1575)
- Bakı Slavyan Universitetinə 1110 ( ötən il 1085)
- Sumqayıt Dövlət Universitetinə 1850 ( ötən il 1770)
- Azərbaycan Tibb Universitetinə 775 ( ötən il 735)
-ADA Universiteti 540 (ötən il 560)
- Xəzər Universitetinə 780 ( ötən il 765)
-Odlar Yurdu Universitetinə 960 ( ötən il 810)
- Azərbaycan Koorparasiya Universitetinə 1240 ( ötən il 1120)

Qeyd edək ki, ötən il 45 599 nəfərlik yer ayrılmışdısa, bu ilki qəbul planında 48 506 nəfərlik yer nəzərdə tutulub. Ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım planlaşdırılıb. Həmçinin ötən ilə nisbətən dövlət sifarişi bu il 66,1 % artıb. Yeni qəbul planında dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 8150 yer artıb.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti