Samboçularımız iki medalla qayıdır

Samboçularımız iki medalla qayıdır
  26 Noyabr 2013    Oxunub:1143
Azərbaycan samboçuları Rusiyada keçirilmiş Dünya çempionatında iki medal qazanıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Sankt-Peterburqda sambo üzrə dünya çempionatı başa çatıb.

AzərTAc xəbər verir ki, Azərbaycan yığması iki bürünc medal qazanıb. Yarışın üçüncü – yekun günündə fəxri kürsünün üçüncü pilləsinə Cavidan Qarayev (62 kiloqram) qalxıb. Bir gün əvvəl isə İslam Qasımov da (57 kiloqram) 3-cü yeri tutub.


Teqlər:





Xəbər lenti