Şabran sakini Bakıda qadını qarət edib

Şabran sakini Bakıda qadını qarət edib
  30 May 2019    Oxunub:1683
DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Qurbanova mayın 28-də Təbriz küçəsində naməlum şəxsin ona zor tətbiq edib qızıl boyunbağısını aldığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini Y.Mürsəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Azvision.az







Teqlər: DİN   Qarət   Cinayət  





Xəbər lenti