Zelenski Saakaşvilinin vətəndaşlığını bərpa edib

 Zelenski Saakaşvilinin vətəndaşlığını bərpa edib
  28 May 2019    Oxunub:2791
Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin vətəndaşlığını bərpa edib.

Azvision.az xəbər verir ki, bu barədə Zelenski sərəncam imzalayıb.
Bu sərəncamdan sonra Saakaşvilinin mayın 29-da Ukraynaya qayıdacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ildə Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığı ləğv edilib.

Azvision.az



Teqlər: Zelenski   Ukrayna   Saakaşvili  





Xəbər lenti