Azərbaycanda kişilərin 99.9 faizi savadlıdır

  Azərbaycanda kişilərin 99.9 faizi savadlıdır
  28 May 2019    Oxunub:2451
Azərbaycanda 15 və yuxarı yaşda əhalinin təhsil səviyyəsi açıqlanıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu il üzrə Azərbaycanda təhsili olan əhalinin sayı 7525000 nəfərdir. Onlardan 1014000 nəfəri ali, 658000 nəfəri orta ixtisas, 4870000 nəfəri tam orta, 983000 nəfəri isə ümumi orta təhsillidir.

2018-ci ildə qeydə alınan rəsmi məlumata əsasən 15 vә yuxarı yaşda olan әhalinin savadlılıq sәviyyәsi 99.8 faizdir. Bu göstərici kişilərdə 99.9 faiz, qadınlarda isə 99.7 faizdir.

Qeyd edək ki, savadlılıq səviyyəsi dedikdə, ana dilində yazıb-oxumağı bacarma, oxunan subyektləri qavrama və qavrama qüvvəsinə malik olmaq nəzərdə tutulur.

Aytən Zəhra
Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti