Paşinyan Putin və Lukaşenko ilə görüşəcək

Paşinyan Putin və Lukaşenko ilə görüşəcək
  28 May 2019    Oxunub:2882
Mayın 29-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası keçiriləcək.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclasda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək.

Məlumata görə, tədbir çərçivəsində Paşinyan Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan prezidenti Sooronbay Jeenbekovla görüşəcək.

Ali Avrasiya İqtisadi Şurasının iclasında Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin də iştirak edəcəyi bildirilir. İclas hazırki prezident Qasım-Comərd Tokayevin sədrliyi ilə baş tutacaq. Moldova prezidenti İqor Dodon və Tacikistan prezidenti Emoməli Rəhmon da iclasa qatılacaqlar.

Dövlət başçıları Avrasiya İqtisadi Birliyinin 2019-2020-ci illər üçün makroiqtisadi siyasətinin əsas prinsiplərini və digər məsələləri müzakirə edəcəklər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Paşinyan   Putin   Lukaşenko  





Xəbər lenti