“Nə dediksə, etdik, yenə edərik” - Binəli Yıldırımın şüarı

 “Nə dediksə, etdik, yenə edərik” -  Binəli Yıldırımın şüarı
  28 May 2019    Oxunub:2010
Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırımın 23 iyunda keçiriləcək seçkidəki şüarı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

KİV iddia edir ki, Yıldırım seçki kampaniyasını “Nə dediksə, etdik, yenə biz edərik” şüarı ilə həyata keçirəcək.

Ötən gün AKP-lilər həmin şüarı sosial şəbəkələrdə paylaşıblar. Binəli Yıldırımın özü də “Twitter” hesabından belə bir mesaj paylaşıb: “Yola çıxdığımız ilk gündən bəri məqsədimiz millət, işimiz millət, gücümüz millət oldu. Xəyal edilə bilməyənləri həyata keçirdik. Mümkünsüz olan bir qədər vaxtımızı aldı. Bu millət üçün nə dediksə, etdik. Bu şəhər üçün də xəyal edilən nədirsə, yenə biz edərik”.





Kənan Məmmədov
AzVision.az


Teqlər: AKP   Yıldırım   İstanbul  





Xəbər lenti