Fəxri ad alan şair Türkiyəyə müalicəyə gedir

 Fəxri ad alan şair Türkiyəyə müalicəyə gedir
  27 May 2019    Oxunub:2682
“Yaxın vaxtlarda Vaqif bəyi Türkiyəyə aparacağıq. Oradakı müayinələrdən sonra bilinəcək ki, vəziyyəti necədir”
Bunu Azvision.az -a tanınmış şair Vaqif Bayatlı Odərin xanımı Tamam Bayatlı deyib. Həyat yoldaşının səhhətindən danışan T.Bayatlı bildirib ki, şairin sağlıq durumunda ciddi dəyişiklik yoxdur.

“Vəziyyət əvvəlki kimidir. Əslində Vaqifi Türkiyəyə müayinəyə çoxdan aparmalı idik, amma getməyə hazır deyildi. Bir-iki həftəyə yenidən gedəcəyik. Orada Vaqifin beynini yoxlayacaqlar və müayinənin nəticəsində biləcəklər ki, beynində vəziyyət necədir. Bundan sonra həm beyni, həm də ürəyi üçün nələr ediləcəyini müəyyənləşdirəcəklər”.

Xatırladaq ki, ötən həftə Prezident İlham Əliyev şairə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adı verib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şair  





Xəbər lenti