Türkiyədə siqaret fabrikində partlayış olub

  27 May 2019    Oxunub : 935
Türkiyədə siqaret fabrikində partlayış olub
Türkiyənin İzmir şəhərində yerləşən siqaret fabrikində partlayış olub.
Azvision.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, bir işçi isə xəsarət alıb. Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Partlayışın səbəbləri araşdırılır.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   Partlayış