8 ballıq zəlzələ: 15-dən çox bina dağıldı - (Yenilənib)

 8 ballıq zəlzələ:  15-dən çox bina dağıldı -  (Yenilənib)
  26 May 2019    Oxunub:4281
Bu gün Perunun şimalında baş vermiş güclü zəlzələ ciddi fəsadlar törədib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 15-dən çox bina dağılıb. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Lakin onların sayı məlum deyil.

***
Perunun şimalında 8 bal gücündə zəlzələ baş verib.

Azvision.az xəbər verir ki, zəlzələnin episentri Lagunas şəhərindən 85 kilometr cənub-şərqdə, ocağı isə 105 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar nəticəsində yaralanan və ya dağıntılar barədə məlumat yoxdur.

Peruda qeydə alınan zəlzələ Braziliya, Kolumbiya və Ekvatorda da hiss edilib.

Azvision.az



Teqlər: Peru   Zəlzələ  





Xəbər lenti