42 yaşlı Nardaran sakini itkin düşüb

 42 yaşlı Nardaran sakini itkin düşüb
  26 May 2019    Oxunub:2577
Bakıda 42 yaşlı kişi itkin düşüb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Qəsəbənin A.Zeynallı küçəsi ev 31-də yaşayan, 1977-ci il təvəllüdlü Babayev Sabir Anatolyeviç mayın 23-də günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Azvision.az



Teqlər: Kişi   Nardaran   İtkin  





Xəbər lenti