AQTA əməkdaşları sahibkarlarla görüşüb

AQTA əməkdaşları sahibkarlarla görüşüb
  24 May 2019    Oxunub:1685
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Qobustanda heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, görüşdə sahibkarlara heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, bu xəstəliklərin yaranma səbəbləri, onların prafilaktikası və qarşısının alınması yolları, eləcə də Agentliyin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Tədbirdə heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsində qida zəncirinin ilkin istehsal mərhələsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin rolu sahibkarların diqqətinə çatdırılıb.

Tədbirdə təsərrüfat sahiblərinə heyvandarlıq obyektlərinin baytarlıq-sanitariya tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, heyvan xəstəliklərinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl edilməsi ilə bağlı təlimatlar təqdim edilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti