FHN balıqçını xilas edib

FHN balıqçını xilas edib
  24 May 2019    Oxunub:1861
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Səbail rayonunda, dənizdə, istifadəyə yararsız estakadanın üzərində 1 nəfərin (balıqçı) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasetmə qüvvələri vətəndaşı xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.

Azvision.az



Teqlər: FHN   Balıqçı  





Xəbər lenti