Bakıda zəlzələ olmayıb - Seysmoloji Mərkəzdən KİV-ə müraciət

Bakıda zəlzələ olmayıb  - Seysmoloji Mərkəzdən KİV-ə müraciət
  24 May 2019    Oxunub:1645
Respublika Seysmoloji Xidmət Mərkəzi Bakıda zəlzələ olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Mərkəzin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Azvision.az -a bildirib ki, nəinki Bakıda, hətta Azərbaycanın digər yerlərində bu gün zəlzələ qeydə alınmayıb.

“Respublika ərazisində maqnitudu 3 və ya 3 -dən yuxarı olan hər hansı təkan baş verməyib. Əgər hansısa ərazidə silkələnmə və ya titrəyişlər olubsa, tikinti işləri və ya başqa texnogen amillərlə bağlı ola bilər. Bununla belə hər birinizdən informasiya yazarkən bizimlə dəqiqləşdirməyi xahiş edirəm. Çünki ictimaiyyətimizin, insanlarımızın düzgün məlumatlandırılması bu sahəyə cavabdeh qurum kimi bizim dəyərli KİV nümayəndələri ilə sıx əməkdaşlığmız nəticəsində mümkündür”.

Azvision.az



Teqlər: RSXM   Zəlzələ  





Xəbər lenti