4 nəfərin öldüyü qəza ilə bağlı yeni məlumat

4 nəfərin öldüyü qəza ilə bağlı yeni məlumat
  24 May 2019    Oxunub:1843
Daxili İşlər Nazirliyi Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə, mayın 23-də saat 5 radələrində Neftçala rayonunun Qaçaqkənd kəndi ərazisində Yardımlı rayon sakini Səlim Mirzəyev idarə etdiyi “Ford Transit” markalı mikroavtobusu qarşıda gedən Lənkəran rayon sakini, S.Ağayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə mikroavtobusun sürücüsü və 3 sərnişini hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti