Tereza Mey istefa verəcəyini elan etdi

  24 May 2019    Oxunub : 1486
 Tereza Mey istefa verəcəyini elan etdi
Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verəcəyini bəyan edib.
AzVision.az -ın məlumatına görə, baş nazir iyunun 7-də vəzifəsindən gedəcəyini bildirib.

O, həmçinin Mühafizəkarlar Partiyasının sədrliyindən də istefa verəcək. Bununla belə, Mey yeni baş nazir seçilənə qədər vəzifəsinin icrasını davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verəcəyi təqdirdə Britaniya Avropa İttifaqından "Brexit" sazişi olmadan ayrılacaq, ya da yenidən referendum keçirilməklə "Brexit" prosesi ləğv edilə bilər.

Kənan Məmmədov
Azvision.az

Teqlər: TerezaMey   İstefa