Başına 1,5 milyon qoyulan "Dəniz" həbs olunub

Başına 1,5 milyon qoyulan "Dəniz" həbs olunub
  24 May 2019    Oxunub:2126
Türkiyədə axtarışda olan təhlükəli terrorçu Ümid Əmrah Kösə həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, kod adı "Dəniz" olan terrorçu Suriya və İraqın şimalında bomba hazırlanması, siladan istifadə edilməsi ilə bağlı təlimlər keçib.

Qeyd edək ki, terrorçunun tapılması üçün Türkiyə DİN 1,5 milyon lirə pul mükafatı ayırmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Terrorçu   Həbs  





Xəbər lenti