Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı - FOTO

  Ana oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı -    FOTO
  24 May 2019    Oxunub:8172
Bakının Nizami rayonunda yerləşən, “Vosmoy bazarı” adlanan ərazidə azyaşlı uşaq valideyni tərəfindən tərk edilib.

Bu barədə Azvision.az -a sakinlər məlumat veriblər. Bildirilib ki, 4-5 yaşlı oğlan uşağı anası ilə birlikdə bazara gəlib.
Kimliyi məlum olmayan qadın aptekə girmək adı ilə uşağı orada qoyub, daha sonra ərazidən uzaqlaşıb. Azyaşlının əqli problemli olduğu bildirilir. Hadisə ilə bağlı polisə məlumat verilib.



Foto: Şahin Sərdarov
Azvision.az



Teqlər: Uşaq  





Xəbər lenti