Assanja qarşı 17 maddəlik ittiham irəli sürüldü

   Assanja qarşı 17 maddəlik ittiham irəli sürüldü
  24 May 2019    Oxunub:2853
“WikiLeaks” saytının qurucusu Culian Assanja qarşı daha 17 maddə üzrə ittiham irəli sürülüb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, o, casusluq haqqında qanunu pozmaqda ittiham edilir. Assanjın məhkəməsi mayın 30-da baş tutacaq.

Qeyd edək ki, Assanj “Wikileaks” saytı vasitəsilə ABŞ diplomatlarının sirrlərini, Amerikanın yüksək vəzifəli şəxslərinin korrupsiya əməllərini və məxfi dinləmələrini, casusluq qalmaqallarını, həmçinin, ABŞ-ın hərbi cinayətləri ilə bağlı çox sayda olduqca məxfi sənədləri aşkarlayaraq dünya ictimaiyyətinə yaymaqla məşhurlaşıb.

O, aprel ayının 11-də Ekvadorun Londondakı səfirliyində həbs olunub. Buna səbəb Ekvador hökumətinin 7 ildir diplomatik missiyasının ərazisində yaşayan Assanjın sığınacaq hüququnu ləğv etməsidir. Ekvador tərəfi öz qərarını avstraliyalı jurnalistin beynəlxalq konvensiyaları və diplomatik protokolu dəfələrlə pozması ilə izah edib.

Azvision.az



Teqlər: Assanj  





Xəbər lenti