İmişlidə ağır qəza: Bir ailənin 3 üzvü yaralandı

     İmişlidə ağır qəza:    Bir ailənin 3 üzvü yaralandı
  24 May 2019    Oxunub:2413
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, İmişli-Qarazonlu yolunda hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəsarət alanların bir ailənin üzvü olduğu bildirilir. Qəzanın səbəbləri araşdırılır.

Kənan Məmmədov
Azvision.az



Teqlər: İmişli   Qəza  





Xəbər lenti