Masallıda mebel sexi yanıb

Masallıda mebel sexi yanıb
  24 May 2019    Oxunub:2064
Masallı rayonunda yanğın hadisəsi baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Binə Xocavar kəndində ümumi sahəsi 300 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisinə yığılan 2 m³ taxta yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Masallı   Yanğın   Mebel  





Xəbər lenti