Qarabağ generalları Paşinyanı devirmək üçün and içdilər

 Qarabağ generalları Paşinyanı devirmək üçün and içdilər
  24 May 2019    Oxunub:2570
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma "respublikanın" general və oliqarxları Ermənistanın baş nazir Nikol Paşinyana qarşı birləşiblər.
Azvision.az Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, Qarabağdakı general və oliqarxlar Paşinyanı devirmək barədə razılığa gəliblər. Hətta bununla əlaqədar öz aralarında görüş də keçiriblər.

İddia edilir ki, gizli danışıqlar Ermənistanın ən məşhur oliqarxlarından birinin iqamətgahında baş tutub. Görüşü Ermənistanın keçmiş müdafiə naziri Samvel Karapetyanın təşkil etdiyi deyilir.

Məlumata görə, Paşinyana qarşı birləşənlər arasında məşhur biznesmen Samvel Aleksanyan da var. Gizli görüş zamanı tərəflər Paşinyanı devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər.

Azvision.az



Teqlər: Paşinyan   Qarabağ  





Xəbər lenti