Azərbaycanlı UAZ-a baş direktor təyin edilib

  23 May 2019    Oxunub : 1865
Azərbaycanlı UAZ-a baş direktor təyin edilib
Azərbaycanlı Adil Şirinov Ulyanovsk avtomobil zavodunun (UAZ) baş direktoru təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə zavodun yaydığı məlumatda bildirilib. A.Şirinov həm də “Ford Sollers” birgə müəssisəsinin prezidentidir.

Qeyd edək ki, o, 1964-cü ildə Bakıda doğulub, Nijni Novqorod Xarici Dillər İnstitutunu və Sankt-Peterburq Beynəlxalq Menecment İnstitutunu bitirib.

Rusiyada avtomobil istehsalı sahəsində qabaqcıl mütəxəssislərindən sayılan A.Şirinov “Ford Sollers” birgə müəssisəsində bir sıra mühüm layihələrə rəhbərlik edib.

UAZ Rusiyanın “Sollers” konserninə daxildir. Hazırda zavod “Hanter”, “Patriot”, “Pikap” markalı avtomobillərin, eləcə də güc strukturları üçün nəqliyyat vasitələrinin istehsalını həyata keçirir.

Azvision.az

Teqlər: Adil-Şirinov   UAZ