Zelenski Rusiya ilə danışıqlara getməyəcək

  23 May 2019    Oxunub : 861
 Zelenski Rusiya ilə danışıqlara getməyəcək
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə dialoqa getməyəcəyini bəyan edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın dövlət başçısı jurnalistlərin Rusiya ilə danışıqlar aparılacaqmı sualına “Xeyr” deyə cavab verib.

Ukrayna mətbuatının verdiyi məlumata görə, yeni prezident çıxışı zamanı Rusiyanı bir neçə dəfə "təcavüzkar" adlandırıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan bildirmişdi ki, Vladimir Zelenski Ukrayna ilə Rusiya arasındakı danışıqlar prosesi ilə bağlı referendum keçirə bilər.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: