Akademiyada atış üzrə təlim keçirilib

  23 May 2019    Oxunub : 1121
Akademiyada atış üzrə təlim keçirilib
Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün xidmətə ilkin hazırlıq təlimləri təşkil olunub.
Komitədən Azvision.az -a verilən məlumata görə, hazırlıq təlimlərində Akademiya heyətinin üzvləri və 37 dinləyici iştirak edib.

Dinləyicilər tədris planı və proqramına uyğun olaraq Daxili İşlər Nazirliyinin atış poliqonunda birinci təlim atış çalışmalarını yerinə yetirib, daha sonra təhlükəsizlik qaydaları, atışın şərtləri və digər təlimatlarla yaxından tanış olublar.

9 MM Makarov tipli tapançadan atış qaydalarını məşq edən dinləyicilər praktiki atış çalışmalarını icra ediblər.

Azvision.az

Teqlər: DGK