Meşədə 22 kq marixuana qurudan gənc tutuldu - FOTOLAR

Meşədə 22 kq marixuana qurudan gənc tutuldu -    FOTOLAR
  23 May 2019    Oxunub:3988
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hənifə kəndi ərazisində narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, S.Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülüb.



Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı S.Mirzəquliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır.



Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti