Paytaxtda 4 nəfər köməksiz vəziyyətdə qaldı

Paytaxtda 4 nəfər köməksiz vəziyyətdə qaldı
  23 May 2019    Oxunub:1700
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov və Nəsimi rayonlarında ayrı-ayrı ünvanlarda ikisi azyaşlı olmaqla 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Azvision.az


Teqlər: FHN   Lift  





Xəbər lenti