Axtarışda olan terrorçu həbs olundu

Axtarışda olan terrorçu həbs olundu
  23 May 2019    Oxunub:2286
Türkiyənin Giresun vilayətinin Güce rayonunda keçirilən uğurlu əməliyyat nəticəsində axtarışda olan terrorçu təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Aras Faraşin” ləqəbi ilə tanınan PKK terrorçusu Aras Aslan uzun müddət Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub. Hazırda ona qarşı açılan cinayət işi üzrə istintaq davam edir.

Azvision.az



Teqlər: PKK   Türkiyə   Terrorçu  





Xəbər lenti