Məcburi köçkünlərin binasında yanğın olub

  23 May 2019    Oxunub : 1200
Məcburi köçkünlərin binasında yanğın olub
Beyləqan rayonunun Birinci Şahsevən kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 290 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binanın dəhlizinə yığılan ev əşyaları 60 m² sahədə, tavanı 50 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın