İmtahanda maksimum bal yığdı, amma 700 olmadı

  İmtahanda maksimum bal yığdı,  amma 700 olmadı
  23 May 2019    Oxunub:10057
Mayın 12-də keçirilən qəbul imtahanında I ixtisas üzrə maksimum - 400 bal toplayan Tofiq Müxtəsərov buraxılış imtahanından 265 bal yığıb. Onun ümumi nəticəsi 665 baldır.
Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu olan Tofiq Müxtəsərov Azvision.az -a açıqlamasında deyib ki, həm qəbul, həm də buraxılış imtahanları çətin olub.

"Buraxılışda Azərbaycan dilindən bir neçə suala hazır deyildim, ona görə də nəticə zəif oldu. Qəbul imtahanında isə bir sualdan şübhəm var idi, amma düz çıxdı. Qəbul imtahanı əvvəlki illərlə müqayisədə bir qədər çətin idi. Lakin dərinliyi bilən hər kəs suallara cavab verə bilərdi".

Tələbə adını qazanmaq üçün iki il var gücü ilə hazırlaşan Tofiq sənədlərini Bakı Ali Neft Məktəbində təqdim edəcəyini bildirib.

Qeyd edək ki, bu ildən qəbul imtahanları yeni model əsasında keçirilir. Abituriyentlərin qəbul və buraxılış imtahanında yığdıqları ballar toplanılır.

Aytən Zəhra
Azvision.az


Teqlər: İmtahan   Qəbul  





Xəbər lenti