Sərnişindaşıma xidmətlərinin qiyməti bahalaşıb

Sərnişindaşıma xidmətlərinin qiyməti bahalaşıb
  22 May 2019    Oxunub:1763
Apreldə marta nisbətən nəqliyyat xidmətlərinin qiymətləri, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 0,5 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, sərnişindaşıma xidmətlərinin qiymətlərində də 0,6 faiz bahalaşma olub. Bundan başqa cari ilin yanvar-aprel aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə 426 min 701 ton yük ixrac olunub. Bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 711 min 387 ton təşkil edib.

Bu ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan məhsulların 17,2 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb. Üç ayda idxalın 43,5 faizini avtomobil, 17,2 faizini dəmir yolu, 30 faizini hava, 3 faizini isə dəniz nəqliyyatı ilə gətirilən yüklər təşkil edib.

Azvision.az


Teqlər: Sərnişin   Qatar  





Xəbər lenti